Lukaşenko Belarus qüvvələrini Ukraynaya göndərə bilər

ABŞ kəşfiyyatı Belarus lideri Aleksandr Lukaşenkonun 48 minlik ordusunu yaxın bir neçə saat və ya gün ərzində Ukraynada gedən müharibəyə göndərəcəyini gözləyir.

İndiyə qədər Belarus Rusiya qüvvələrinin Kyivə şimaldan zərbə endirməsi üçün meydan kimi istifadə olunurdu və hər hansı bir döyüşdə yalnız bir neçə Belarus xüsusi təyinatlı dəstəsinin iştirak etdiyi güman edilirdi. Lakin Rusiyanın işğalı Kremlin gözlədiyindən daha güclü müqavimətlə üzləşdiyi və Kyiv Rusiya ordusunun qarşısında hələ də qətiyyətlə dayandığına görə, Rusiya lideri Vladimir Putin hücumu gücləndirmək üçün çoxdankı müttəfiqinə müraciət edib.

Belarusun tam şəkildə iştirakı Belarus qüvvələrinin nəinki Ukrayna paytaxtına Rusiyanın mühasirəsini gücləndirəcəyi, həm də Ukraynanın şimal-qərbi və mərkəzinə daha geniş zərbələr endirərək, on minlərlə insanın təxliyə olunması gözlənilən Lviv şəhərini təhlükəyə atacaq daha bir cəbhə xəttinin açılması riski yaradır.

Qeyri-hökumət təşkilatları Birləşmiş Ştatlar tərəfindən maliyyələşdirilən layihələrdən alınan məlumatlara və kəşfiyyatın qiymətləndirmələrinə əsaslanaraq, “Qərbdəki şəhərlər artıq təhlükəsiz hesab edilmir” -deyə, xəbərdarlıq edilir.

Hələ də Ukraynada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları şəhərlər və daha böyük qəsəbələrin raket zərbələrinə məruz qala biləcəyi üçün işçilərinə daha təhlükəsiz ola biləcək sərhəd kəndlərində sığınacaq axtarmağı tövsiyə edir.

“Sərhəd bölgələr çox sıx olsa da, sərhədlərə yaxınlıq raketlərdən daha “təhlükəsiz zonadır”. Sərhəddəki kəndlərə köçməyi ciddi şəkildə nəzərdən keçirin. Yaşayış problemi olarsa, Polşa-Slovakiya-Macarıstan sərhədlərində yerləşmək üçün həmkarlarınızla, layihə rəhbərliyi ilə əlaqə saxlayın.”

Belarus lideri Aleksandr Lukashenko əvvəllər onun qüvvələrinin Ukraynaya qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcəyini demişdi. Fevralın 24-də Putinlə görüşdən sonra o, Rusiya qoşunlarını Belarusda saxlamağa razı olduğunu bildirdi. O vaxtdan bəri o, Ukraynanın müharibədə məğlub olduğunu bildirib və sülh danışıqlarına ev sahibliyi etməyi təklif edib.

Belarus bazar ertəsi Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar üçün yer hazırladığını bildirib. Lakin Belarusun münaqişədəki rolu və Rusiya qüvvələrinin onun torpaqlarında yer almasına, Kyivə və ölkənin şimal-şərqinə hücumlar təşkil etməsinə imkan verdiyinə görə, danışıqlarda bundan əvvəl iştirak etməkdən imtina edən Ukrayna nümayəndə heyətini göndərməyə razılıq verib.

Ukrayna Rusiyanın işğalının beşinci gününə təsadüf edən danışıqlarda heç bir güzəştə getməyəcəyinə söz verib. Ukrayna prezidenti Vladimir Zelenski Belarusdakı danışıqların perspektivinə şübhə ilə yanaşdığını bildirib.