Trampın Rusiyanın Talibanı mükafatlandırmasından xəbəri varmı? - İddialar, təkziblər

Your browser doesn’t support HTML5

KİV-lərin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp Rusiyanın ABŞ əsgərlərinin Əfqanıstanda öldürülməsinə görə Talibanı mükafatlandırması ilə bağlı məlumatlandırıb. Bu isə Vaşinqtonda narahatlıqlara səbəb olub. ABŞ qaunvericiləri Ağ Evin prezidentin bundan xəbəri olmadığını deməsindən sonra administrasiyanın cavab verməli olduğunda təkid edir.

New York Times-ın məlumatına görə, Əfqanıstanda Rusiyanın hədəfinə çevrilən ABŞ qüvvələrinin əvvəllər olduğu kimi hər iki tərəfdən də qanunvericilər kəşfiyyat aparıldımı? və prezident bunları görürmü? kimi sualları ilə üzləşib.

“Prezidentə bu haqda məlumat verilməyib. Kəşfiyyat hələ də təsdiqlənməyib. Kəşfiyyat orqanları ararsında heç bir konsensus yoxdur” - deyə, Ağ Evin mətbuat katibi Keyli Makenani bildirib.

Senatın respublikaçı nümayəndələrinin əksəriyyəti mediada yayılan xəbərlərə şübhə ilə yanaşır.

“Gördüyüm və eşitdiyim dəlillər New York Times məqaləsində yazılanlar barədə heç bir təsdiq olmadığını göstərir. Bu, çox narahatedicidir” - deyə, respublikaçı senator Coni Ernest bildirib.

Xəbərlərdə prezident Trampın ilin əvvəlində bu kəşfiyyatla bağlı məlumatlandırıldığı iddia edilir. Çərşənbə axşamı Ağ Evdəki brifinqdən çıxan demokratlar narahatlıqlarını ifadə edib.

“Brifinqdə heç nə aldığımız məlumatın yalan olduğuna inandırmadı. Həqiqətlə bağlı müxtəlif fərziyyələr ola bilər. Ancaq bu məlumatın yalan olduğuna dair heç bir fikir səslənmədi” , Nümayəndələr Palatasının azlıq lideri Steni Hoyer deyib.

Demokratlar üçün Trampın Putinlə münasibətləri həmişə əsas narahatlıq mövzusu olub. Onlar hesab edir ki, prezident belə bir ciddi təhlükəsizlik təhdidlərindən xəbərdar olmalı idi.

“Siz qüvvələrin təhlükəsizliyinin təminatı üçün prezidenti belə məsələdən xəbərdar etməyə bilməzsiniz. Çünki, nə imza, nə möhür, nə də məktub var. Əgər siz Putinlə telefonla əlaqə saxlamağa hazırlaşırsınızsa, bunu bilməlisiniz” - deyə, demokrat nümayəndə Adam Şiff bildirib.

Rusiya mükafatlandırma xəbərini rədd edir. Respublikaçılar kəşfiyyatın təsdiqlənmədiyini desələr belə iddialara şübhə ilə yanaşır.

“Rusiyanın belə bir iş gördüyü məni təəccübləndirirmi? Heç də yox. Onlar bizə hər yerdə problem yaratmağa çalışır. Onlar bizim Əfqanıstan və Suriyanı tərk etməyimizi istəyir” , Senatın əksəriyyət lideri Mitç Makkonnell bildirib.

Ağ Ev New York Times-ın məqaləsini milli təhlükəsizliyə hədə adlandırıb. Lakin demokratlar prezidenti ABŞ qüvvələrinin təhlükəsizliyini təmin etməyə çağırıb.

“Bizim nəyi bilib, nəyi bilmədiyimzidən asılı olmayaraq, prezidentin planı olmalıdır. Biz nə etməliyik? Hər şeydən əvvəl Putinin izinə düşülməlidir” - deyə, Senatın azlıq lideri Çak Şumer bildirib.

Konqres liderləri Senat və Nümayəndələr Palatasının kəşfiyyat komitələrində suallara cavab axtaracaq, bundan sonra isə Ağ Evdə təşkil ediləcək brifinqə yollanacaq.