Rusiya döyüş təyyarələrinin müdafiəsi üçün Suriyaya raketəleyhinə qurğu göndərib

Rusiya hava qüvvələrinin başçısı general Viktor Bondarev hava hücumları həyata keçirən Rusiya döyüş təyyarələrini yerdən atılan raketlərdən müdafiə etmək üçün bu gün Suriyaya raketəleyhinə qurğu göndərdiyini bildirib.

Rusiyanın hava kampaniyası regionda fəaliyyət göstərən digər kampaniyalar tərəfindən tənqidlərlə qarşılanır.

Əsasən də İŞİD yaraqlılarına qarşı bir ildir davam edən hava hücumları kampaniyasına başçılıq edən ABŞ Rusiya hava hücumlarını tənqid edir.

Yüksək səviyyəli ABŞ diplomatları deyib ki, Suriyada Rusiya hücumlarının əksəriyyəti İŞİD deyil, suriyalı mötədil üsyançıları hədəf alır.

Rusiya diplomatları və hərbi rəsmiləri hava hücumlarının İŞİD ekstremistlərini hədəf aldığını iddia edir.