Rusiya sualtı gəmisində yanğında 14 dənizçi ölüb

Rusiyanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sualtı gəmidə (dərun sualtı atom stansiyası) baş vermis yanğın nəticəsində 14 dənizçi həlak olub.

Yanğın iyulun 1-də Rusiyanın su ərazisində olan gəminin ekipaj üzvlərinin hərbi tədqiqat apardığı vaxt baş verib.

Dənizçilərin toksik tüstüdən zəhərlənmə nəticəsində öldüyü bildirilir.

Sualtı gəmi hazırda Rusiyanın şimal flotiliyasının Barens dənizindəki əsas bazasının yerləşdiyi Severomorsk liman şəhərindədir.

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş zamanı, 2 iyul, 2019.

Hadisə ilə bağlı təhqiqat aparılır.

2000-ci ildə Kursk atom sualtı gəmisində qəza nəticəsində bütün 118 ekipaj üzvü həlak olmuşdur.

Kremlin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinin planlaşdırılmış tədbirlərdə iştirakını təxirə saldığını və müdafiə naziri Sergey Şoyqu ilə görüşdüyünü bildirib. Peskov görüşün əsas səbəbinin sualtı gəmidə baş vermis qəza ilə əlaqədar olub-olmadığını aydınlaşdırmayıb.