Sorğu: Rusiya vətəndaşlarının yalnız üçdə biri sanksiyalara problem kimi baxır

Sorğu Levada mərkəzi tərəfindən keçirilib

Rusiyanın müstəqil sorğu agentliyinin apardığı sorğuya əsasən, rusların üçdə biri Qərbin Rusiyanın Ukraynadakı təcavüzünə görə tətbiq etdiyi sanksiyaların onlara problem yaratadığını bildirir.

Levada mərkəzi tərəfindən keçirilən sorğuda iştirak edənlərin 27 faizi sanksiyaların onların özü və onların ailələri üçün “ciddi”, 7 faizi isə “çox ciddi” problem yaratdığını bildirib.

İştirakçıların 37 faizi isə sanskiyaların onlara və ailələrinə “ciddi”, 10 faizi isə “çox ciddi” problem yarada biləcəyini deyib.

“Rusiya Qərbin tətbiq etdiyi sanskiyalara necə cavab verməlidir?” sualına isə sorğuda iştirak edənlərin 69 faizi Rusiyanın sanskiyalara baxmayaraq, öz siyasətini davam etdirməli olduğunu bildirib, 21 faizi isə güzəştə getməyi məsləhət görüb.

Yanvarın 23-26 arası keçirilən sorğunun nəticələri çərşənbə axşamı dərc edilib.