Rusiya prezidenti Valdimir Putin “hələ ki, heç bir konstitusion islahat planlaşdırmadığını” deyib.
Putin altı il sonra 71 yaşında da prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı suala gülərək cavab verib. Rusiyanın konstitusiyasiyasına əsasən Kremldəki hakimiyyət müddətin iki ardıcıl dövrlə məhdudlaşır.
“Düşünürsünüz ki, mən 100 yaşında da hakimiyyətdə qalacam?” o deyib.
Amma zarafat bir kənara, bazar günü rusiyalılar seçki məntəqələrinə üz tutmadan öncə də, Moskvada Putinin qələbəsindən sonra nələr planlaşdıracağına dair spekulyasiyalar var idi.
“Belə bir hiss var ki, sanki bu seçkidə gələcəyimiz deyil, sonumuz bəlli olacaq,” deyə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan Valeri Solovey səsvermədən öncə bildirib.
2024-cü il seçkilərində iştirak edə bilmək üçün Putin Rusiya konstitusiyasını dəyişməlidir. Bəzi təhlilçilər deyir ki, o bütün sistemi dəyişə və həyatının sonunadək idarə edəcəyi dövlət hazırlaya və ya federal şura düzəldə bilər.
Amma Putin bu dərəcədə radikal dəyişiklik edərmi? Və ya 2008-ci ildə etdiyi kimi dövlət başçısı kimi yerinə müvəqqəti kimisə təyin edərmi?
Belə bir hiss var ki, sanki bu seçkidə gələcəyimiz deyil, sonumuz bəlli olacaq.Valeri Solovey
“Məncə, o hələ qərar verməyib. Hələ özü də bilmir,” deyə Kremlin yaxın çevrəsinin adının açıqlanmasını istəməyən üzvü bildirib. “O, adətən qərarlarını sonraya qoymağı sevir. O, bütün ehtimalları açıq saxlayır və sonda qərar verir. Fikrini cəmləşdirmək üçün önündə ən azı üç ili, daha sonra hər hansı qərarını tətbiq etmək üçün də əlavə üç ili var,” o deyib.
O əlavə edib ki, Putinin iki seçimi var: ya konstiusiyanı dəyişmək, ya da yenidən baş nazir olmaq. Putinin üçüncü seçim olaraq, təqaüdə çıxıb-çıxmayacağı ilə bağlı suala o, “Putin bunu etməyəcək,” deyə cavab verib.
Kremlə yaxın başqa insanlar isə Putinin qısa müddətliyinə təqaüdə çıxa biləcəyini deyir, çünki o, uzun müddət hakimiyyətdə olan kommunist lider Leonid Brejnev kimi yaşlı prezident olmaq istəmir.
“O, Brejnev kimi lağa qoyulmaq istəməz,” deyə Moskvada faəliyyət göstərən Siyasi Elmlər İnsititunun direktoru Sergey Markov bildirib.
Amma Markov Putin təaqüdə çıxsa belə, onun fəaliyyətini “parlametin yuxarı palatasının spikeri və ya yeni yaranmış federal şuranın prezidenti olaraq” davam edəcəyini düşünür.
Növbəti altı ildə Putin sələfi Boris Yeltsin kimi eyni dilemma ilə üzləşəcək. Yaşlı və zəifləyən Yeltsin hakimiyyətdən getmək istəyirdi, amma bunu etməklə ailəsi və yaxın müşavirləri və plütokratların cəzalandırlacağından narahat idi.
Sonunda isə o, Boris Berezovskinin Putinin başçılığı ilə yeni hakimiyyət qurandan sonra istefaya getdi. Yeltsinin ailəsinə toxunan olmadı. Amma nə Berezovski, nə də Yelstinin hakimiyyəti altında qazanc əldə edən oliqarx və biznesmenlər Putini idarə edə bilmədi. Putin onlara arxasını çevirdi, onların biznes və var-dövlətlərini əllərindən aldı, bəzilərini isə hətta həbs etdi.