Sergey Ryabkovun Tomas Şannonla müzakirələri təxirə salınıb

Rusiya ABŞ sanksiyalarına xarici işlər nazirinin müavini Sergey Ryabkovun ABŞ dövlət katibinin müavini Tomas Şannonla müzakirələri təxirə salmaqla münasibət bildirib.

Ryabkov deyib ki, vəziyyət dialoq keçirilməsi üçün əlverişli deyil.

ABŞ Dövlət Departamenti Rusiyanın qərarını təəssüf hissi ilə qarşılayıb.

Departament sözçüsü Heter Nauert deyib ki, Rusiyanın Amerika ilə aralarındakı maneələrin aradan qaldırılması imkanını ləğvinə təəssüf edirik.

Tomas Şannon

Dünən Amerikanın Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini elan edib. Sanksiyalar iqtisadiyyat nazirinin müavini Sergey Nazarov və qanunverici Aleksandr Babakov da daxil edilməklə, 38 şəxs və Ukraynanın şərqindəki Rusiyayönümülü fərdlərə şamil edilir.

Kreml sözçüsü bu qərarı qeyri-konstruktiv adlandırıb.

Daha əvvəl ABŞ Senatı böyük əksriyyətlə Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsi, insan hüquqları sahəsində yol verdiyini pozuntular, kiberhücumlar və Suriya hökümətini silahla təmin etməsi kimi addımları cəzalandırmasını nəzərdə tutan sanksiyaların lehinə səs verib.