Rusiya Prezidenti Vladimir Putin ölkənin Ortamənzilli Raket Qüvvələri Sazişindən çıxması ilə bağlı qanunu imzalayıb. Bu saziş 1987-ci ildə Vaşinqtonla Moskva arasında imzalanmışdı.
Parlamentin ötən ay qəbul elədiyi qanun iyulun 3-də hökumətin saytında dərc olunub.
Birləşmiş Ştatlar sazişdən fevralda çıxıb. Vaşinqton və müttəfiqləri Rusiyanı paktı pozan raket sistemi yerləşdirməkdə ittiham edib.
İttihamı rədd edən Rusiya da oxşar davranıb. Moskva Birləşmiş Ştatları sazişi pozmaqda günahlandırır, Vaşinqton isə ittihamı rədd edir.
Sözügedən saziş ilk dəfə olaraq raketlərin bütöv bir sinfinin ləğvini nəzərdə tuturdu.
Pakta görə, Birləşmiş Ştatlar və Rusiya 500-5 min 500 kilometri vura bilən qanadlı, yaxud ballistik raketlər hazırlaya, yerləşdirə bilməzlər.