Rusiya qüvvələri 2044-cü ilədək Ermənistanda qalacaq

Azərbaycan tərəfi Rusiya ilə Ermənistan arasında gözlənilən sazişə reaksiya verməyib

Ermənistanın xarici işlər naziri deyir ki, yeni müdafiə razılığına əsasən Rusiya ölkədəki hərbi mövcudiyyətini 2044-cü ilədək davam etdirəcək. Rusiya 24 telekanalına müsahibə verən Eduard Nalbandyan deyib ki, saziş Rusiya prezidenti Dmitri Medvedevin bu həftəsonu Ermənistana səfəri zamanı imzalanacaq. Hərbi baza Ermənistanın şimal qərbindəki Gümrü şəhərində yerləşir. Rusiyanın artıq Ermənistanda 3000 hərbi xidmətçisi, MİQ-29 qırıcı təyyarələri və havadan müdafiə sistemi var. Həmin baza Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsinə tabedir. Azərbaycan son açıqlamaya reaksiya verməyib.