Rusiyada "xarici agent" adlandırılan qaçqınlara yardım mərkəzi dəstəyini itirib
Your browser doesn’t support HTML5
Rusiya dövlət orqanları “xarici agentlər” qanunundan istifadə edərək beynəlxalq qurumlardan maliyyə alan və ya siyasi motivli hesab edilən fəaliyyətlərlə məşğul olan qrupları cəzalandırır. Bu qeyri-müəyyən qanuna əsasən bu cür fəaliyyətlər Rusiya dövlətinə xəyanət və ya casusluq etməyə bənzəyir. Qanun əksəriyyəti xeyriyyə təşkilatları olmaqla, 100-dən çox təşkilata qarşı tətbiq edilib və nəticədə çoxu bağlanıb, ya da fəaliyyətlərini məhdudlaşdırıb.Bununla üzləşən ən son təşkilatlardan biri də qaçqınlara yardım göstərən bir qrupun hissəsi olan Qaçqın Uşaqlar üçün Tədris Mərkəzidir.