Rusiya prezidenti dəhşətli yanğınlara görə Rusiyanın 83 regionundan yeddisində fövqəladə vəziyyət elan edib

Yanğın azı 34 nəfərin ölümünə, 2000-ə yaxın evin dağlımasına və 80 000-dən artıq insanın evlərini tərk etməsinə səbəb olub

Rusiya Prezidenti Dmitri Medvedev bu gün dəhşətli yanğınlara görə Rusiyanın 83 regionundan yeddisində fövqəladə vəziyyət elan edib. Yanğın azı 34 nəfərin ölümünə, 2000-ə yaxın evin dağlımasına və 80 000-dən artıq insanın evlərini tərk etməsinə səbəb olub. Fövqəladə vəziyyətin elan edilməsi yerli hökumətə insanların bəzi ictimai yerlərə daxil olmasına qadağa qoyması və silahlı qüvvələrin bərpa işlərinə kömək etməsinə imkan verib. Baş nazir Vladimir Putin bazar ertəsi 14 regionun rəsmiləri ilə görüşüb. Putin onlara itkilərlə bağlı siyahınə təqdim etmək və evlərin bərpası haqda plan hazırlamaq haqda göstəriş verib. İnterfax xəbər agentliyi bazar ertəsi Fövqəladə Hallar naziri Serqey Şoyquya istinadən bildirib ki, 1200 şiddətli yanğından 620-si söndürülüb. Lakin o, Moskva daxil olmaqla bəzi ərazilərdə vəziyyəti gərgin və ağır kimi təsvir edib