Rusiya prezident seçkilərinə hazırlaşır

Ruslar bazar günü ölkənin yeni prezidentini müəyyən edəcəklər.

Müxalifət lideri və namizəd kimi diskvalifikasiya olunmuş Aleksey Navalnıy Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, hətta Avropadan gələn müşahidəçilər də daxil olmaqla bütün seçki prosesi saxtakarlıqdan ibarətdir.

Rusiya müaxlifətinin lideri Aleksey Navanlnıy

"Dövlət Dumasının Avropadan dəvət etdiyi bütün o özünü müşahidəçi adlandıranlar da Putinin seçkilərdə 'rəqibləri' kimi 'müşahidəçi'dirlər," deyə Navalnıy seçki prosesinin büsbütün qeyri-legitim olduğunu vurğulayıb.

Bütün o özlərini müşahidəçi adlandıran avropalılar da Putinin seçkilərdə 'rəqibləri' kimi 'müşahidəçi'dirlər.

İllər boyu korrupsiyaya qarşı mübarizə aparmış və hökumətin sərt tənqidçisi olan Navalnıy pul mənimsəmək ittiamları üzrə məhkum olunduğuna görə yarışdan kənarlaşdırılıb.

Avropa İnsan Haqları Məhkəsməsinin siyasi məhbus kimi tanıdığı və beş il şərti cəza almış Navalnıy seçkini boykot etməyə çağırıb.

Hazırkı prezident Vladimir Putin 7 rəqiblə üzləşməsinə baxmayaraq, onun bazar günü keçirələcək seçkilərdə səslərin əksəriyyətini alacağı gözlənilir.

Vladimir Putin 1999-cu ildən bəri prezident və ya baş nazir kimi hakimiyyətdədir.