Rusiya ABŞ-ın sabiq hərbçisini 16 il həbs cəzasına məhkum etdi

Rusiya məhkəməsi bazar ertəsi ABŞ-ın Dərbi Dəniz Donanmasının keçmiş dənizçisini casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edib.

50 yaşlı Pol Uelan 2018-ci ildə toyda iştirak etmək üçün Rusiyaya səfəri zamanı həbs edilib. ABŞ-a casusluq ittihamı ona bir tanışı tərəfindən içərisində məxfi məlumatlar flaş kartı verildikdən sonra irəli sürülüb. Miçiqan sakini Moskvadakı oteldə həmin ilin dekabr ayında həbs edilib.

Pol Uelanın rusiyalı vəkili Vladimir Jerebenkov apellyasiya məhkəməsinə müraciət etməyi planlaşdırdığını deyib. Jerebenkovun fikrincə, Uelanın tanışının Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi olub və o, bunun "cinayətə təşviq" olduğuna inanır.

Uelanın ona qarşı irəli sürülən ittihamları rədd edib və bunu biabırçı bir məhkəmə işi və siyasi oyun adlandırıb. O, ona verilən flaş kartında tətil fotolarının olduğunu düşündüyünü deyib.

ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan Uelanın məhkəmə işini "ədalətin istehzası", ona qarşı çıxarılan hökmü isə "utancverici" adlandırıb.