Rusiya Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiyasiyasının qərarından təəssüf hissi keçirir [Video]

Your browser doesn’t support HTML5

Rusiyanın idman rəsmiləri və ictimaiyyət Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiyasiyasının rusiyalı idmançıların Rio de Janeyroda Olimpiya oyunlarında iştirak etməlsinə qadağa qoymaq barədə qərarından təəssüf hissi keçirdiklərini bildirib.

Rusiyada Olimpiada şöhrətinin əhəmiyyəti və iftixarı ənənəsi Sovet İttifaqı dövründən qalıb. Lakin dünya atletika qurumlarının rəsmiləri bildirir ki, Rusiya həmçinin idmanda dopinqdən istifadə etmək irsi də qoyub.

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiyasiyası bildirib ki, dövlət səviyyəsində dopinqdən təmizləmə səyləri kifayət olmadığı üçün Rusiyanın öz idmançılarını Rio Olimpiadasına göndərməsinə icazə verilməyəcək.

Sebastian Koe: “Buna baxmayaraq müsbət inkişaf da əldə edilib. Təşkilat RUSAF-ın şərtlərə əməl etmədiyi və rusiyalı idmançıların beynəlxalq normlara cavab verdiyini rəqiblər və ictimaiyyətin etimadını pozmadan beynəlxalq yarışlara qatıla bilməməsi haqda yekdilliklə qərar verib.”

Rusiyanın idman naziri qərarın “dərin təəssüf hissi doğurduğunu” və nazirliyin yenidən etibarın qazanılması üçün mümkün hər şeyi etdiyini bildirib.

Moskva sakinləri də qərardan təəssüf hissi keçirdiklərini bildiriblər.

Serqey Zinovkin: “Bu bizim atletlər üçün, həm də Rusiya üçün yaxşı xəbər deyil. Fikrimcə, cəzalandırma fərdi şəkildə olmalıdır.”

Elena Ryot: “Əlbəttə, bu, biz ruslar üçün üzücüdür. Düşünürəm ki, bu siyasətdən başqa bir şey deyil.”

Lakin beynəlxalq atletika təşkilatı bildirir ki, Rusiyanın Yüngül Atletika Federasiyası məsələyə ciddi yanaşmır.

Rune Andersen: “Dopinqdən istifadəyə münasibətdə dərin kök salmış tolerantlıq mədəniyyətinə görə RUSAF-ın doppinqə görə kənarlaşdırılması heç bir şeyin dəyişmədiyini bir daha göstərir.”

Rusiya rəsmiləri dövlət səviyyəsində idmançıların dopinqlə təmin edilməsi barədə məlumatları rədd edir və yalnız dopinqdən istifadə edənlərin cəzalandırılmalı olduğunu bildirir.

Vladimir Putin: “Məsuliyyət fərdi şəkildə tətbiq edilməlidir. Bu məsuliyyət bütün atletlərə şamil olunmamalıdır.”

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiayası bildirir ki, rusiyalı atletlər fərdi şəkildə Rusiyanın xaricində anti-dopinq testindən keçmək və Rusiya bayrağı altında yarışmamaq şərtilə Rio Olimpiyadasında iştirak edə bilər.