Barak Obama: Rusiya özünü təcrid edir

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyalara dair sənədə imza atıb.

Ağ Evdə açıqlama verən Obama Rusiya iqtisadiyyatının müəyyən iqtisadi sahələrinə qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

Son sanksiyalar dalğası Krımın zəbt olunmasında iştirak etmiş 20 Rusiya rəsmisini hədəf alır. Prezident bildirib ki, həmin şəxslərə maliyyə və səyahət məhdudiyyətləri tətbiq ediliəcək.

“Rusiya Ukraynanın suverenliyi və Ukrayna xalqına ehtiram göstərməlidir,” deyə Barak Obama bildirib.

ABŞ dövlət başçısı krımlıların durumuna görə narahatlıq hissi keçirdiyini və Avropa liderləri ilə koordinasiyalı şəkildə adıımlar atıldığını, Rusiyanın aldığı kursun dünyadan fərqləndiyini deyib.

ABŞ prezidenti deyib ki, Rusiya əməllərinə görə dünyadan təcrid ediləcək.

Hədəf alınan bank Rusiya rəsmilərinin pullarını saxladıqları Bank Rossiyadır, deyə ABŞ Mərkəzi Bankı elan edib.