Rusiyanın Norilsk şəhəri iqlim dəyişikliyi təhlükəsi qarşısındadır

Your browser doesn’t support HTML5

Rusiyanın Arktika regionunda kütləvi neft sızmasının qarşısını almaq səyləri davam edir. Çarlz Maynesin Moskvadan verdiyi məlumata görə, bu qəza iqlim dəyişikliyinə və şimala təsiri ilə bağlı yeni mübahisələrə səbəb olub.

Baş verənlərin tam həcmini anlamaq üçün oranı havadan izləmək lazımdır. Mayın sonunda yanacaq çəninin çökməsi nəticəsində 150 min barel dizel, yəni 20 min ton yanacaq sulara axıb. Nəticələrlə tanış olan ekologiya üzrə rəsmilər zərərin görünməmiş dərəcədə böyük olduğunu deyirlər. Yaşıllar Partiyasının sədr müavini Sergey Şaxmatov: “Mən bunu qəzadan çox ekoloji faciə adlandırardım. Yuxarıdan baxarkən kilometrlərlə məsafədə rəngini tamamilə dəyişmiş çay görürsən.“

Məsuliyyət qəzanın baş verdiyi elektrik stansiyasının sahibi, dünyanın ən böyük metal və mədən şirkətlərindən biri olan Norilsk Nikel-in üzərinə düşür. Şirkət təmizlik işlərinin xərclərini ödəyəcəyini deyib, lakin neftin sızmasına görə iqlim dəyişikliyini günahlandırıb.

Son illər Arktikada havanın planetin qalan hissəsindən ikiqat sürətli istiləşməsi nəticəsində Norilsk Nikel-in və adını daşıdığı şəhərin yerləşdiyi donmuş torpağı əritməyə başlayıb. Sovet mühəndisliyininin uğur beşiyi kimi və amansız həbsxana əməyi ilə tanınan Norilsk iqlim dəyişikliyi təhlükəsi qarşısında qalıb.

Rusiyanın əsas neft və qaz infrastrukturu şimalda olduğunu üçün bəziləri Norilskdəki neft sızmasının bir dəfəlik ekoloji faciə olmadığını və gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyini deyirlər. Greenpeace təşkilatından Vasiliy Yakovlev: "Permafrostun əriməsi artıq bizim uyğunlaşmağımızı tələb edən iqlim dəyişikliyinin nəticəsidir. Biz bunun gözlənilmədiyini deyə bilmərik."

Prezident Vladimir Putin isə regional hökümətin təmizləmə işlərində ləngimələrə yol verdiyini deyərək, qəzəblənib. “Niyə dövlət qurumları məlumatı hadisə baş verəndən iki gün sonra bilib? Biz fövqəladə hallar barədə məlumatı sosial mediadanmı öyrənməliyik?" - deyə, o bildirib.

Cinayət üzrə istintaq davam edir. Elektrik stansiyasının rəhbərliyi həbs ediliib, Norilsk şəhərinin meri isə səhlənkarlıq ittihamı ilə üzləşir. Lakin ətraf müht fəalları deyir ki, təmizlik işlərindəki ləngimələrə həmçinin Kremlin idarəçilik sistemi səbəb olub, çünki həmin sistemdə heç kəs pis xəbər verən insan olmaq istəmir.