Navalnının iki müttəfiqinə qarşı cinayət işi açılıb

Rusiya Kremlin həbsdəki tənqidçisi Aleksey Navalnının mühacirətdə olan iki müttəfiqinə qarşı "ekstremist" hesab etdiyi təşkilatlara vəsait topladığı üçün cinayət işi açıb.

İstintaq Komitəsinin avqustun 10-da verdiyi bəyanatda cinayət işlərinin Leonid Volkov və İvan Jdanov da daxil olmaqla, adları açıqlanmayan digər şəxslər barəsində açıldığını bildirilib.

Hüquq -mühafizə orqanlarının verdiyi məlumata görə, ittiham avqust ayında İnternetdə yerləşdirilən və Volkov və Jdanovun "qanunsuz fəaliyyətlərini davam etdirdiklərini elan etdikləri və pul topladıqlarını təşkil etdikləri" video ilə əlaqədardır. İttihamla maksimum 8 il həbs cəzası nəzərdə tutulur.

İyun ayının əvvəllərində Moskva məhkəməsinın Navalnının siyasi şəbəkəsini "ekstremist" adlandırması onun komandası tərəfindən ölkədə qanunsuzluğun "yeni bir səviyyəsi" kimi qiymətləndirilib. Qrupa ianə edilməni qanunsuz edən qərar rəsmi olaraq bir neçə gün əvvəl qüvvəyə minib.

Jdanov Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun(FBK) keçmiş direktoru olub, Volkov isə Navalnının buraxılmasından əvvəl regional şəbəkəsinə rəhbərlik edib. Digər cinayətlərdə də günahlandırılan hər iki fəal hazırda xaricdə yaşayır.

"Artıq mənə qarşı açılan cinayət işlərinin sayını itirmişəm" - deyə, Jdanov avqustun 10-da İnstaqram səhifəsində yazıb.

Navalnının təşkilatlarına və müttəfiqlərinə qarşı bu kimi addımlar hakim Vahid Rusiya partiyasının sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində ən aşağı reytinqlər aldığı bir vaxt müxalifətə qarşı repressiyalar fonunda atılır.

Fevral ayında Moskva məhkəməsi Navalnının çoxlarının siyasi motivli hesab etdiyi əvvəlki mənimsəmə işi ilə bağlı şərti azad edilmənin şərtlərini pozduğu haqda qərar çıxarıb.