Navalnının işi üzrə məhkəmə iclası yenidən işinə başlayıb


Rusiyada aparıcı müxalifət fəalı Aleksey Navalnının dövlət əmlakının mənimsənilməsi ittihamı ilə məhkəmə iclası öz işini bərpa edib. Korrupsiya əleyhdarı blogger, Kreml əleyhinə bir sıra etiraz aksiyalarının təşkilatçısı olan Navalnının məhkəməsi Kirov şəhərində keçirilir. O, dövlət meşə təsərrüfatı idarəsinin 500 min məbləğində əmlakını mənimsəməkdə ittiham edilir. Navalnının işi ilə əlaqədar yeni təhqiqat keçən həftə başlayıb. Təhqiqatçılar Navalnı və onun qardaşı Oleqin şirkəti 119 min dollar mənimsədiklərini iddia edir.

Bu ilin əvvəli ölkənin növbəti prezidenti olmaq və prezident Putini həbs etmək istədiyini deyən Navalnı ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Bu arada, Human Rights Watch təşkilatı yeni hesabatında cənab Putinin hökumətini son il ərzində Rusiyada vətəndaş cəmiyyətinə qarşı repressiyalardan ittiham edərək, bunu ölkənin post-sovet tarixində presedenti olmayan hal adlandırıb.

Öz növbəsində, Londonda Amnesty İnternational təşkilatı açıqladığı hesabatda bildirib ki, cənab Putinin Rusiya prezidenti kimi hakimiyyətdə birinci ili ifadə və toplaşmaq azadlıqlarının sistematik şəkildə pozulması kimi xarakterizə olunur.