Rusiya Moskvanın Britaniyada həyatını itirən qadının zəhərlənməsi ilə əlaqələndirilməsini "absurd" adlandırıb

Rusiya Moskvanın Britaniyada həyatını itirən qadının zəhərlənməsi ilə əlaqələndirilməsini "absurd" adlandırıb. Həmin qadın ötən mart ayında sabiq rus casusunun zəhərləndiyi eyni maddədən vəfat edib.

Rusiya Britaniyada baş verən zəhələnmə hallarından dərin narahatlıq hissi keçirir

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Britaniyada baş verən zəhələnmə hallarından dərin narahatlıq hissi keçirir, lakin məsələ ilə əlaqədar məlumata malik deyil.

Britaniya hökuməti 44 yaşlı Daun Stargessin vəfatı ilə bağlı istinqtaq başlatdırıb. O, Salisburi xəsətəxanasında vəfat edib.

İki nəfərin Noviçok sinir maddəsi ilə zəhərləndiyi təsdiq edilib.

​Hadisənin baş verdiyi yer Rusiyanın sabiq casusunun zəhərləndiyi yerdən bir neçə kilomertlik məsafədə yerləşir.

44 yaşlı Dan Starqess və 45 yaşlı Çarli Rouli huşsiz vəziyyətdə xəsətəxanaya çatdırılmışdı.