Soçi-Rusiyanın kurort şəhəri [Video]

Your browser doesn’t support HTML5

Soçi- Rusiyanın kurort şəhəri

Qara dəniz sahilində yerləşən bu şəhərin çimərlikləri həmişə qonaqlarına açıq olub
2014-cü il Olimpiya Oyunlarına ev sahibliyi etməzdən əvvəl Soçi Rusiyada kurort şəhəri kimi məşhur idi. Qara dəniz sahilində yerləşən bu şəhərin çimərlikləri həmişə qonaqlarına açıq olub.

Soçidə Olimpiya oyunları keçirildiyini rahatlıqla unutmaq mümkündür.
Havanın temperaturu 20 dərəcəyə çatır. Bu isə qonaqları çimərliklərə aparır.
Qara dəniz sahilləri rusları həmişə cəlb edib.

Burada daça kimi tanınan istirahət evləri var. Bura İosif Stalinin də sevdiyi yerlərdən olub.
Həftə sonları yüzlərlə balıqçı balıq ovuna çıxır.

Ina Golovin Rusiyanın folklor muzeyində çalışır, Buraya istirahət saatlarında gəlir.
“Qara dəniz çox gözldir. Mən Rusiyanın Krasnodar regionunu çox sevirəm.”
İdmançıların xizək yarışları keçirdikləri başı qarlı Qafqaz dağları buradan uzaq deyil.

Sahildən bur neçə yüz metrlik sularda delfinlər görünür.

Rusiyanın hərbi dəniz donanması gəmiləri terror təhlükəsi səbəbi ilə polad halqaya daxildir.

Soçinin sahillərində qonaqlar Olimpiya şəhərciyində olan təhlükəsizlik məntəqələri və yoxlanışlardan uzaqdırlar.