Cümə axşamı Rusiya koronavirusa yoluxanların sayının bir gündə rekord həddə çatdığını və rəsmi olaraq 10000-dən çox yoluxma halının qeydə alındığını bildirib. Baxmayaraq ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədə virusla mübarizənin bir neçə həftəyə başa çatdırılacağını deyib.
Milli Koronavirus Böhranına Münasibət Mərkəzinin web səhifəsində bir gündə 1445 nəfərin virusa yoluxduğu, 13 nəfərin isə öldüyü bildirilib. Bu, ölənlərin ümumi sayını 76-ya çatdırır.
Moskva koronavirusdan ən çox zərər görən regiondur. Bir çox digər bölgələr ikinci həftədir qismən bağlanıb. Sakinlərə yemək və ya təcili tibbi yardım almaq kimi vacib işlər olmadığı təqdirdə evdə qalmaları bildirilib.
Yeni koronavirusun baş qaldırdığı mərhələdə bir çox Qərbi Avropa ölkələrinə nisbətən Rusiyada yoluxma halları daha az idi. Lakin bu ay yoluxanların sayı kəskin şəkildə artmağa başlayıb və virus hazırda episentr olan Moskvanın hüdudlarından kənarlara da yayılır.
Keçən ayın sonuna qədər Rusiya rəsmiləri vəziyyətin nəzarət altında olduğunu və ölkədə epidemiyanın olmadığını deyirdi. Lakin Moskva meri Sergey Sobyanin böhranın dərinləşdiyini və real vəziyyətin çox ciddi olduğunu bildirməsindən sonra rəsmilərin tonu dəyişdi.
67 yaşlı Putin Rusiyanın region qubernatorlarına yerlərdə ehtiyacları ödəmək üçün tədbirlər hazırlamağı tapşırıb. Bəzi anti-Kreml siyasətçiləri onu virusun yayılmasının qarşısını almaqla mübarizədə çox az rol oynamaqda ittiham edir.