Şimali Koreya nümayəndəsi Rusiyadadır

Şimali Koreyanın xüsusi nümayəndəsi birhəftəlik səfərlə Rusiyaya yola düşüb.

Kim Conq Unun yaxın müşaviri Co Ryon Hae Moskvadan sonra Xabarovsk və Vladivostok şəhərlərinə səfər edəcək.

Rusiyanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ticarət və iqtisadi əlaqələr müzakirə mövzusu olacaq.

Danıqşılar zamanı Koreya yarımadasında vəziyyət və qarşılıqlı maraq kəsb edən məsələlər gündəmə gətiriləcək.