Rusiya iqtisadiyyatı sanksiyaların təsiri ilə üzləşir [Video]

Your browser doesn’t support HTML5

Rusiya iqtisadiyyatı sanksiyaların təsiri ilə üzləşir


Təhlilçilər kapitalların Rusiyadan axınına artıq start verildiyini deyir. Ukrayna böhranı Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. Baxmayaraq ki, rus liderləri ABŞ və Avropanın sanksiyalarının mahiyyətini azaltmağa çalışır. Zəif artımlı Rusiya iqtisadiyyatının tənəzzülə uğrayacağı təxmin edilir.

Rusiya dünyanın böyük iqtisadiyyata malik olan 9-cu ölkəsidir. Ötən il bu ölkədə 1.3 faiz artım qeydə alınıb. Lakin bu il iqtisadiyyat 14 faiz itki verib. Rubl dollar müqabilində 11 faiz dəyər itirib. İnflyasiya səviyyəsi mart ayında 7 faiz təşkil edib.

İqtisadi tənəzzül və sanksiyaların gücləndirilməsi ehtimalı öz mənfi təsirini artıq göstərməkdədir. Standard and Poor's agentliyi bunu sabit və neqativ inkişaf adlandırır.

Con Çambers bu reytinq şirkətinin rəhbəridir. “Yoxsul investisiya və investorların əhval-ruhiyəsi birlikdə gəlirlərin bu və gələn il azalacağına işarədir.”
İnvestorlar artıq 70 milyard dollarlıq vəsaitlərini geri çəkib. Rusiyanın dövlət

Sberbankının rəhbəri German Qref hesab edir ki, bu tendensiya tənəzzülə yol aça bilər. “Hər şey baş verəcəklərdən asılı olacaq. Əgər kapital axını 100 milyard dolları aşsa, iqtisadi artım sıfra düşəcək.”

Lakin Rusiyanın çıxılmaz duruma düşdüyünü demək olmaz. Belə ki, Mərkəzi Bank kapital axınını qarşılaya bilər. Bundan əlavə Rusiya ehtiyacının 3-də bir hissəsinin ondan asılı olduğu Avropaya qaz nəqlini dayandırmaqla mübarizəyə keçə bilər.

Bankrate.com-dan Mark Hamrikin dediyinə görə, bu fakt Avropa Birliyinin nəzərindən qaçmır.“Bu, böhranın qərəzsiz eskalasiyasına yola aça bilər. Rusiya ölçülər götürməyə başlasa nə edilməlidir? Rusiyaya daha kəskin cavablar veriləcək, bununla da Avropanın yanacaq təminatı sual altına alınacaq.”

Bu, baş versə, iqtisadi zərər dünyaya təsir göstəməyə başlayacaq. Bu, Rusiyanın özünə də ziyan vuracaq. Rusiyanın gəlirlərinin 50 faizindən çoxu enerji ixracından asılıdır.

Bir məsələ aydındır ki, sanskiyalar adi vətəndaşlara ağırılı təsir bağışlayacaq.

Bu bəlkə də artıq baş verməkdədir. Ərzaq qiymətləri artır, moskvalıların bəziləri ABŞ və Avropanın sansiyalarının hədəf aldığı banklarla problemlər yaşadığından şikayət edir.