Rusiyanın Suriya və İraqda addımı, ABŞ-ın Yaxın Şərqdə nüfuzunu zədələyə bilər [Təhlil]

Moskva Tehran və Dəməşqdəki müttəfiqlərilə işləyərək, əvvəlcə Suriyanın Latakia şəhərinə 28 döyüş və nəqliyyat təyyarəsi, həmçinin 2 min nəfərdən ibarət hərbi qüvvəsini yaşayışla təmin etmək üçün təchizat yollayıb .

Daha sonra Moskva İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün İran və Suriya ilə əlaqələndirilmiş şəkildə Bağdadda təhlükəsizlik və kəşfiyyat məlumatlarını paylaşdırılacağı baza yaradıb.

Nəticədə Rusiya regionda super güc olaraq mübarizə aparmaq istəyən yeni Moskva-Tehran- Dəməşq oxu yaradıb, deyə Milli Müdafiə İnstitutunun təhlilçisi Maykl Preqent bildirir.

Bu, ABŞ-ın İslam Dövləti qrupuna və onun tərəfdarlarına qarşı mübarizəsinə mane olur və bizim orada imkanlarımızı sıxışdırır.
Maykl Preqent

Maykl Preqent: “Bu, ABŞ-ın İslam Dövləti qrupuna və onun tərəfdarlarına qarşı mübarizəsinə mane olur və bizim orada imkanlarımızı sıxışdırır."

Prezident Obamanın regionda onun sözlərilə ləng strateqiyasını tənqid edən təhlilçi "beç bir şey eləmirik" deyir.

ABŞ-ın regionda nüfuzunun azalması

Ekspertlər deyir ki, Vaşinqton aylardır Bağdadda nüfuz məsələsində İrana uduzur.

Vaşinqtonun hava hücumları İslam Dövləti qrupuna çox az təsir göstərib, Pentaqonun isə militant qrupa qarşı mübarizə aparmaq üçün üsyançılara təlim səyləri uğursuzluqla nəticələnib.

Foreign Policy jurnalının redaktor müavini Elias Qroll bildirir ki, Bağdadın İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün məlumatları Rusiya, Suriya və İranla paylaşmaq qərarı militantlara qarşı strategiyanı Vaşinqtonun istəmədiyi bir istiqamətə gətirib çıxaracaq.

Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəkləmək üçün hərbi bazanı genişləndirməsi Moskvanın regionda nüfuzunu artırır və dörd il davam edən vətəndaş müharibəsinin necə nəticələnəcəyinə təsir göstərir.
Elias Qroll

Elias Qroll: “Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəkləmək üçün hərbi bazanı genişləndirməsi Moskvanın regionda nüfuzunu artırır və dörd il davam edən vətəndaş müharibəsinin necə nəticələnəcəyinə təsir göstərir.”

ABŞ öz məqsədlərinə sadiq qalır

Moskvanın taktiki addımları təsirli olub, deyə Qlobal Analitika mərkəzinin siyasi eksperti Reva Bhalla bildirir.

Reva Bhalla: “Diplomatik baxımdan, Rusiya ABŞ-ın imicini qaralayır.

Rusiya problemi həll edən, ABŞ isə bacarıqsız kimi görünür.”

"Öz hərbi qüvvələri və təchizatını Suriyaya yerləşdirməsi və İslam Dövləti qrupuna qarşı mübarizə apara biləcəyini iddia etməklə Rusiya regionda etibarlı tərəfdaş olacağı barədə siqnal verir", deyə Bhalla bildirir.

Regional təsirlər

Ekspertlər deyir ki, Rusiya-Suriya-İran tərəfdaşlığı Vaşinqtonun regionda əsas müttəfiqi olan Kürdüstana da təsirini göstərəcək.

Kürdüstanda iki siyasi görüş hakimdir. Kürdüstan regionunun prezidenti Məsud Barzaninin başçılıq etdiyi Qərbi tərəfdarı Kürdüstn Demokratik Partiyası və İranı dəstəkləyən Kürdüstan Milliyətçi Şurası və Qorran partiyası.

Regionda rəqabətin artması Kürdüstanın siyasi landşaftında parçalanmaya gətirib çıxara bilər. Təhlükəsizlə bağlı yaranan vəziyyətdə İranın bəzi Kürd dəstələrinə yaxınlaşması üçün yolunu açılır
Reva Bhalla

"Regionda rəqabətin artması Kürdüstanın siyasi landşaftında parçalanmaya gətirib çıxara bilər. Təhlükəsizlə bağlı yaranan vəziyyətdə İranın bəzi Kürd dəstələrinə yaxınlaşması üçün yolunu açılır"-deyə Bhalla bildirir.

Kürdüstanda parçalanma tez bir zamanda Bağdada da yayıla bilər. İraq mediası adının açıqlanmadığı bəzi mənbələrə istinadən hazırkı Heydər Əl Abadi hökumətinə qarşı onun İran yönümlü sələfi Nuri Əl Məlikinin xeyrinə dövlət çevrilişi planlarının olduğu barədə məlumat yayıb.