Rusiya iqtisadiyyatı Ukraynada böhran artdıqca zəifləyir

Rusiya iqtisadiyyatının bu ilin birinci aç ayı ərzində Ukraynada böhranla əlaqədar investorların narahatlığı fonunda zəiflədiyi müşahidə edilir.

Rusiyanın İqtisadiyyat naziri Aleksy Ulukayev ilin birinci rübündə iqtisadiyyatda yalnız 0,8 faiz artım olduğunu bildirib. Bundan əvvəl 2,5 faiz artım olacağı proqnozlaşdırılmışdı.

Birləşmiş Ştatlar və Avropa İttifaqı bəzi Rusiya rəsmilərinin hesablarını dondurub və hazırda Ukraynanın şərqində gərginliyin azadlılması məqsədilə daha geniş sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir. Daha ciddi sanksiyaların mümkünlüyü artıq investisiya qoyuluşlarına öz təsirini göstərib. Aleksey Ulukayevin sözlərinə görə, bu ilin birinci rübündə investisiya qoyuluşları 4,8 faiz azalıb.

Dünya Bankı Ukraynada qeyri-sabitlik davam etdiyi Qərbin Rusiyaya qarşı daha ciddi sanksiyaları tətbiq etdiyi halda, Rusiya iqtisadiyyatının iki faiz azalacağını təxmin edib.