Malayziya təyyarəsinin vurulub salınması, Rusiya qüvvələrinin Ukraynanın sərhədini hücuma məruz qoyması ilə informasiya müharibəsi yeni bir mərhələyə yüksəlib.
Ukraynanın milli təhlükəslik xidmətinin sözçüsü gündə iki dəfə brifing təşkil edir. Məlumatlar Ukrayna qüvvələrinin rusiyapərəst separatistlərlə mübarizəsindən və Rusiyanın sərhəd qüvvələrini atəşə tuması ilə bağlı olur.
Lakin Rusiya bu iddiaları inkar edərək, Ukraynanı döyüşlərin artmasında, Malayziya təyyarəsinin vurulmasında ittiham edir. Baxmayaraq ki, buna görə Qərb separatistləri və ya Rusiya əməliyyatçılarını günahlandırır.
İnformasiya dueli bəzən ciddi xarakter alır. Kiyev kilsələrinin biri Rusiya tərəfdarlarının toplaşdığı yerdir. Onların çoxu inandıqlarından olduqca əmindir.
Kiyev sakini İrina:"Yalnız ruslar rus mətbuatına inanır. Bu, KGB-nin xüsisi mediasıdır. Lakin bizim xalqımız həqiqətin nə olduğunu yaxşı bilir."
Kiyev sakini Nataliya: "Əlbəttə mən öz prezidentimə, öz hökumətimə inanıram. Mən yeni Ukraynada yaşamaq istəyirəm."
Lakin Ukraynanın şəqr bölgəsindən yeni gələn Damir adlı şəxs kimi bəziləri bundan əmin deyil. "Donetskdən olduğum üçün bunu demək çətindir. Orada Rusiya proqramlarına baxırıq. İndi Kiyevə oğlumun yanına gəlmişəm. Burada yalnız Ukrayna proqramlarıdır. Necə müqayisə edə bilərəm? Kimə inanılmalı olduğunu necə deyə bilərəm? "
Ənənəvi media, online və televizyada yayılan məlumatlar başgicəlləndiricidir.
Bu, Müstəqillik meydanı altındakı dəmir yolu stasiyasındakı qəzet kioskudur.
Satıcı İrina : "Çox adam Ukrayna qəzetlərini alır. Rus qəzetləri yaxşı satılmır. Satılsa da az satılır."
Kimə inandığından asılı olaraq, Ukrayna inqilabı ya demokratiya, ya da faşizmin təlqini kimi qiymətləndirilir. Rusiyanın Krımı ilhaqı, Ukraynanın şərqi bölgəsinə müdaxiləsi, beynəlxalq qanunların ciddi şəkildə pozulması və ya Rusiyanın rusları müdafiəsi kimi.
İnformasiya üzrə məsləhətçi Dmitri Zolotuxin: "Bu il, keçən il kütləvi informasıyanın reallığı dəyişdiyinin şahidi olduq. Kütləvi informasiya vasitələrinə təsiri olanın reallığa da təsiri var. Biri reallığı qorxu və ya nifrətlə nümayiş etdirmək istəyənlər informasiya vasitələrini dəyişib istədiyi formaya salır."
Ukrayna hadisələri dramatikdir. Amma Zolotuxinin dediyinə görə, ölkənin gələcəyi insanların baş verənlərə, şəqrdəki güclü və nüfuzlu qonşusu ilə gələcək əlaqələrinə verdiyi əhəmiyyədən asılı olacaq.