Rusiyada HİV virusu daşıyıcılarının sayı milyonu ötüb [Video]

Your browser doesn’t support HTML5

Rusiyanın Səhiyyə Nazirliyi QİÇS xəstəliyinə yol açan HİV virusunun Rusiyanın 10 regionunda geniş yayıldığını bildirir. Tənqidçilər deyir ki, Rusiyada təmiz iynələrdən istifadə edilməsi və narkomaniya ilə mübarizə yolu ilə bu epidemiyanın yayılmasına mane olunmasındansa, diqqətlər daha çox belə aludəliklərdən çəkindirməyə yönəlib.

38 yaşlı Heydər heroindən ilk dəfə yeniyetmə yaşlarında istifadə etdiyini deyir.

Onun kriminal həyat tərzinə aludəliyi həyatının 13 ilini dəmir barmaqlılar arxasında keçirməsinə və sağlığı bahasına başa gəlib.

”Mən HİV virusuna yoluxduğumu bu il öyrəndim. Məndə həm vərəm, həm də HİV virusu var.”

Avropada bu virusa yoluxma halları azaldığı bir halda, Rusiyada bu göstərici hər il 10 faiz artır və bu yaxınlarda bir milyonu ötüb.

Heydər kimi bir çoxlarına virus işlənmiş iynələrdən istifadə yoli ilə keçir.

“Mən virusa yoluxan çox az adam tanıyıram. Onlar hələ də iynələri bölüşür. Dərman qəbul etsərlər də heroinin qəbulunu davam etdirirlər.”

Heydərin dediyinə görə, əgər imkan olsa idi o, təmiz iyndən istifadə edərdi.

Lakin Rusiyada dəstək proqramları ləğv edilib və HİV virusunun yoluxma hallarının artmasına baxmayaraq, bütün digər əvəzləyici terapiyalar qanunsuzlaşdırılıb.

Rəsmilər bunu narrkomaniyanı təşviq edilməsi ilə izah edir.

Vurusa yoluxmayan narkomanlar üçün reabilitasiya proqramları səmərəli ola bilər.

“Eyni iynədən istifadə edən 7 nəfər idik, onlardan yalnız ikisi sağdır, amma xəstədir. Qalanları isə ölüb.”

Tənqidçilər Rusiyanı maarifləndirmədənsə, insanları bu yoldan çəkindirmək üçün mənəvi arqumentlər irəli sürdüyünü deyir.

HİV fondundan Aleksandr Savitski: “Bu, çox zəif və qeyri-effektiv bir siyasətdir. Birinə birbaşa xidmət, digərinə insanlarla təmas lazım ola bilər. Onlara məsələni məktəblərdə və risk altında olan təbəqələr qarşısında gündəmə gətirmək üçün təlimlər verilməlidir.”

Lakin Rusiya rəsmiləri küçə səviyyəsində HİV problemi ilə mübarizədən imtina edir.