Rusiyada helikopter havaya qalxandan az sonra qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 18 nəfərin hər biri həlak olub.
Rəsmilərin verdiyi məlumata görə, Mi-8 helikopteri digər helikopterin daşıdığı yük ilə toqquşub. Hər iki helikopter Moskvadan 2600 km şimal-şərqə yerləşən Vankor sahəsindən havaya qalxıblar. Zərər almayan ikinci helikopter təhlükəsiz şəkildə eniş edib.
Helikopterlər tez-tez asılı yük daşıyırlar.
Qəzaya uğrayan helikopterdə 15 sərnişin və 3 uçuş heyətə üzvü var idi.
Rusiya xəbər agentliklərinə əsasən sərnişinlər Rosneft şirkətində podradçı kimi çalışırdılar.
Rəsmi məlumata əasən, qəzaya uğrayan helikopter 2010-cu ildə istehsal edilib və pilot təxminən 6,000 saat uçuş təcrübəsinə malik idi.