Həbs olunanlar qanunsuz silah və ekstremist ədəbiyyat saxlamaqda şübhəli bilinən Hizb-ut-Təhrir beynəlxalq terrorçu təşkilatının üzvləridir
Rusiya polisi ekstremist məzmunlu ədəbiyyatın paylanması və davamçıların hazırlanması şübhəsi ilə qadağan olunmuş islamçı təşkilatın altı üzvünü həbs edib.
Ppolisin verdiyi məlumatda bildirilir ki, həbs olunan altı nəfər Rusiya Ali Məhkəməsi tərəfindən beynəlxalq terrorçu təşkilat kimi tanınan Hizb-ut-Təhririn üzvləri olub.
Rəsmilər bildirir ki, İslam dövləti yaratmaq istəyən təşkilat Rusiya paytaxtı Moskva şəhərində fəal şəkildə insanları məscidlərə cəlb edib.
Şübhəlilərin evində aparılan axtarış nəticəsində polis doqquz qumbara, digər növ silah-sursat və dini ekstremist ədəbiyyat aşkarlayıb.
Son bir neçə həftə ərzində Moskva şəhərində qadağan olunmuş təşkilatın 60 üzvünün həbs olunduğu bildirilir.