Rusiyanın yeni hərbi doktrinasında NATO və ABŞ təhlükə kimi göstərilir

Vladimir Putin yeni doktrinanı cümə günü qəbul edib

Rusiya hərbi doktrinasının yeni versiyasını qəbul edib və NATO ilə ABŞ-ı Rusiyanın milli təhlükəsizliyinə təhlükə yaratdıqlarını bildirib.

Prezident Vladimir Putin yeni doktrinanı cümə günü qəbul edib. Doktrinanın mahiyyəti köhnə versiyalardan fərqlənmir. Əlavə olunan yeni hissələrdə Rusiyanın NATO-nun genişləndiyi, ordusunu gücləndirdiyi və Rusiyanın dediyi kimi “beynəlxalq hüquqa zidd olan qlobal funskiayaları həyata keçirdiyi” bildirilib. NATO-nun mətbuat katibi Amerikanın Səsinə bildirib ki, ittifaq “doktinaya reaksiya vermədən öncə detallarını bilməlidir.”

Yeni doktinada hərbi təhlükələrə yeni “strateji antibalistik raket sistemləri” sadalanıb. Rusiya höküməti bunun qlobal stabiliyyə və nüvə raketinin güc balansına xələl gətirdiyini bilidirib. ABŞ və onun müttəfiqləri son illərdə Moskvanın etirazlarına baxmayaraq anti-raket sistemlərini gücləndirir.

Sənəddə Rusiya ilə sərhəd və ya onun müttəfiqi olan ölkələrdə xarici qoşunların yerləşdirilməsi təhlükəsi olduğu vurğulanıb.