Rusiya 1993-cü ildən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmağa çalışır. 153 üzvü olan ÜTT beynəlxalq ticarət qaydalarına nəzarət edən agentlikdir. Təşkilat 1995-ci ildə qurulub və Tarif və Ticarətə Dair Ümumi Razılıq adı ilə tanınan təşkilatı əvəz edib.
Mütəxəssislər ÜTT-a üzv olma prosesinin mürəkkəb olduğunu deyir. İlk öncə təşkilata üzv olmaq istəyən ölkə bir sıra razılaşmaları qəbul etməlidir. Bu razılaşmaların biri ölkələrin fərqli idxal məhsullarına tətbiq edə biləcəkləri tariflərin miqdarı , diqəri isə əqli mülkiyyət hüququnun müdafiəsi haqdadır. Üzvlüyə namizəd ölkə ÜTT-nın bütün qaydalarını qəbul etdikdən sonra arzu edən hər bir üzv ölkə ilə ikitərəfli ticarət razılığı imzalamalıdır. Və nəhayət, ölkə beynəlxalq standartlara uyğunlaşdırmaq üçün özünün bir çox iqtisadi və ticarət qanunlarında dəyişiklik etməlidir.
Cenevrədə yerləşən ÜTT-na sonuncu dəfə 2008-ci ildə Ukrayna üzv oldu. Rusiya isə 18 ildir ki, üzvlük haqda danışıqlar aparır. Ölkələrə ÜTT-na üzvlük sahəsində məsləhətçilik edən şirkətin nümayəndəsi hüquqşünas və ticarət üzrə mütəxəssisi, Deyvid Kristi deyib ki, ÜTT-nın tələblərinə tam ciddi şəkildə əməl edən ölkələr üç və ya dörd il ərzində təşkilata üzv ola bilər.
Deyvid Kristi: “Rusiya və ya Çin kimi ölkələr təşkilata üzv olmaq istədikdə bu müddət daha da uzun ola bilər. Ona görə ki, bu ölkələrin iqtisadiyyatları olduqca mürəkkəbdir. Həm də bu cür ölkələr qəbul etməli olacaqları öhtəlikləri azaltmaq üçün gərgin və vaxt alan müzakirələr aparırılar. Rusiya da əvvəl-axır üzərinə götürəcəyi öhtəliyi mümkün qədər yüngülləşdirmək üçün cəhdlərini dayandırdı.”
Deyvid Kristi deyir ki, Rusiyanın əks tərəfdən olan nümayəndə heyyətini yoran həddindən artıq güclü danışıqlar aparma üslubu var və onlar danışıqlar prosesini illər uzun aparmağa meyillidir. Mütəxəsislər Rusiyanın ÜTT-na üzv olması üçün mühüm maneə kimi Gürcüstanın əlehdarlığını görürlər. ÜTT-nın qanunua görə hər bir üzv yeni ölkənin təşkilata üzvlüyünə veto qoymaq iqtidarındadır. Gürcüstan Abxaziya və Cənubi Osetiya probleminə görə Rusiyanın üzvlüyünə qarşı çıxıb.
Deyvid Kristi “Rusiyanın fikrincə ticarət Rusiyadan Cənubi Osetiyaya oradan isə Gürcüstanın ərazisinə ötürüləcək. Gürcüstanın fikrincə isə Cənubi Osetiyanın ərazisi beynəlxalq qanuna görə Gürcüstandır və baxmayaraq ki, Gürcüstan bu əraziyə tam nəzarət etmir ticarət Rusia sərhədini keçən kimi artıq Gürcüstanın ərazisinə daxil olmuş hesab edilməlidir.”
ABŞ Rusiyanın ÜTT-na üzvlüyünü dəstəkləyib, amma eyni zamanda Gürcüstanın vetonu aradan qaldırmasına da təyziq göstərməyəcəyini bildirib. Cenevrədə dekabr ayında keçiriləcək ÜTT-nın görüşündə Rusiya ilə Gürcüstan arasında olan fikirayrılığının həll olunub olunmamasına gəldikdə isə mütəxəssislər yekdil fikir söyləyə bilməyiblər.