Rusiya sərhədləri qismən açmağı planlaşdırır  

Rusiya ölkədə koronavirus məhdudiyyətləri yumşaldıldıqca sərhədlərin qismən açılmasını planlaşdırdığını bildirib.

Baş nazir Mixail Mişustin bazar ertəsi iş, təhsil, tibbi müalicə və ya qohumları ziyarət etmək üçün xaricə getməyə icazə veriləcəyini deyib. Onun sözlərinə görə, müalicə almaq istəyən və ya ailə üzvlərini görmək istəyən xaricilərə də Rusiyaya gəlmək icazəsi veriləcək.

Sərhədlərin qismən hansı tarixdən açılacağı məlum deyil.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə mart ayının sonlarında dayandırılmış beynəlxalq uçuşların bərpa edilməsi üçün hələ tarixin müəyyən edilmədiyini deyib.

Keçən ay prezident Vladimir Putin Rusiyanın epidemiyanın yayılma sürətini azalda bildiyini bildirirək, məhdudiyyətlərin tədricən qaldırılmasına çağırıb.

Bununla belə, ölkənin səhiyyə rəsmiləri may ayının ortalarından bəri gündəlik yoluxma hallarının 9 minə qədər olduğu barədə məlumat verir. Bəzi ekspertlər məhdudiyyətlərin qaldırılmasının vaxtından əvvəl ola biləcəyindən narahatdır.