Rusiya sahildən 650 kilometr uzanan Arktik dəniz şelfində 1,2 milyon kvadrat km. əraziyə iddia ilə bağlı ərizəsini yenidən BMT-yə təqdim edib.
Beynəlxalq qanuna əsasən, bir ölkə sahildən 370 km. radiusda olan ərazidə iqtisadi hüquqlara malikdir. Lakin Arktika ölkələri daha geniş ərazilərlə bağlı iddilar qaldırmayıb.
Rusiya, Birləşmiş Ştatlar, Kanada, Danimarka və Norveç Ariktikanın müxtəlif hissələrində öz yurisdiksiyalarını tətbiq etməyə çalışıb. Arktikada zəngin kəşf edilməmiş neft və qaz yataqlarının mövcud olduğuna inanılır.
Arktikada təbii ehtiyatların axtarışına qütb buzları əridikcə nəqliyyat marşrutlarının potensial olaraq açılması, minerallar və enerjinin kəfiyyatı və istismarının mümkünlyü təkan verib.
Rusiya BMT-yə təqdim etdiyi ərizəyə payızda baxılacağını gözləyir.
Rusiya ilk dəfə olaraq Arktikada ərazilərlə əlaqədar iddianı 10 il bundan əvvəl qaldırmışdı, lakin BMT kifayət qədər dəlil olmadığı üçün ərizəni qəbul etməmişdi.
Rusiya prezidenti Vladimir Putin Ariktika ilə bağlı iddiaları o vaxtdan prioritet məsələyə çevirmiş və bölgədə ölkənin hərbi mövcudluğunu gücləndirmişdi. Bu, Rusiyanın qonşuları tərəfindən narahatlıqla qarşılanmış və bu ölkələrdə hərbi xərclərin kəskin artmasına gətirib çıxarmışdır.