Rusiya hərbi təyyarələrinin ABŞ gəmilərinin üzərindən uçması ciddi narahatlıqlara səbəb olub

Rusiya rəsmiləri deyir ki, onların təyyarələri Baltik dənizində ABŞ hərbi gəmisinin üzərindən uçarkən beynəlxalq qaydalara əməl edib.

Rusiya müdafiə naziri bildirib ki, SU-24 təyyarələri sınaq uçuşları həyata keçirirdi.

Birləşmiş Ştatlar xəbər verir ki, USS Donald Cook hərbi gəmisi beynəlxalq sularda ikən iki Rusiya hücum təyyarəsi gəminin yaxınlığından uçub.

Hadisə Donald Cook gəmisinin Polşanın Qdinia limanından ayrıldıqdan sonra baş verib. Gəmi dənizdə hərəkət edərkən göyərtəsində Polşa vertolyotu olub.

NATO Baltik dövlətlərinə daimi müttəfiq qüvvələri yerləşdirməyi planlaşdırır.

Moskva Baltik dövlətlərinə qarşı hücum iddialarını rədd edir.