Tunis Xalq Cəbhəsinin lideri qətlə yetirildi [Fotoqalereya]

Tunis müxalifətiin lideri güllələndi

Tunisdə minlərlə insan küçələrə çıxaraq aparıcı müxalifət liderinin öldürülməsinə etiraz edir. Tunisdə radikal qüvvələrin ölkənin demokratik keçid prosesini məcrasından çıxarmağa çalışması təhlükəsi yaranıb.

Etirazçılar paytaxt Tunis şəhərinin mərkəzi Həbib Burquba prospektini bağlayaraq "Utan, utan" şüarları səsləndirərək solçu siyasətçi Çokri Beleydin öldürülməsini pisləyiblər.

Başqa nümayişçilər isə ölkənin məşhur dinc inqilabından iki il sonra Tunisin digər şəhərlərində də küçələrə çıxıb.

Müxalif Xalq Cəbhəsi liderlərindən biri Beleyd Tunis şəhərindəki evinin önündə odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Onun ölümü ölkədə şok effekti yaradıb. İnsanlar dini ekstremistlərin Tunisin demorkatik keçid prosesinin qarşısını almağa çalışdığını düşünməyə başlayıb.