Yavər Rzayev:“Qarabağın təbiəti, muğam mənim ilham mənbəyimdir”

Yavər Rzayev:“Qarabağın təbiəti, muğam mənim ilham mənbəyimdir”

Pensilvaniya ştatında azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb. Sərgi bundan öncə Vaşinqtonda göstərilib. Əslən Ağdamlı olan memar və rəssam Yavər Rzayev bu sərgi üçün uşaqlıq və gənclik illərinin keçdiyi yerlərə xəyalən səfər edib, yeni əsərlər yaratmağı düşünüb. “Qarabağın təbiəti, muğam mənim ilham mənbəyimdir,”-deyə Yavər Rzayev Amerikanın səsinə bildirib.

Yavər Rzayev Delaver ştatının Rehobut şəhərində yaşayır. Onun ABŞ-ın müxtəlif ştatlarında dəfələrlə sərgiləri keçirilib. Rəssamın sözlərinə görə, o, “Könlüm keçir Qarabağdan” sərgisindən sonra Qarabağ mövzusunda daha çox əsər yaratmaq istəyir.

Yavər Rzayevlə Vaşinqtonda sərginin açılışı günü keçirilən müsahibəni aşağıdakı linkdə izləyə bilərsiniz.