Şərqi Avropa ölkələrində soyuqdan 80 adam həlak olub

  • Amerikanın səsi

Şərqi Avropa ölkələrində soyuqdan 80 adam həlak olub

Şərqi Avropa ölkələrində şənbə günündən bəri soyuq hava şəraiti səbəbi ilə 80 adam həlak olub. Bəzi bölgələrdə temperaturun -30 dərəcədən də aşağı düşəcəyi proqnozlaşdırılır. Ukraynada əsasən evsizlər olmaqla 43 adam, Polşada 20 adam dünyasını dəyişib.
Rumıniyada son 24 saat ərzində 6 adamın ölümü ölənlərin sayını 14-ə yüksəldib. Serbiya, Bosniya-Hertsoqovina, Çex respublikası və Slovakiyada da soyuq hava insan tələfatına yol açıb. Yüzlərlə adamın soyuqdan aldığı xəsarətlərlə xəstəxanaya düşdüyü bildirilir.