Komediya ustası Rozan Barr üzrxahlıq edib

Aktrisa həmkarları və ssenaristlərdən irqçi tvitinə görə üzr istəyib.

65 yaşlı aktrisa ABC telekanalının Rozanı sabiq Ağ Ev məsləhətçisi Valari Carretti meymuna bənzətdiyinə görə bir neçə həftə sonra onu kanaldan kənarlaşdırması barədə danışıb.

Mübahisəli məsələ barədə danışan aktrisa belə bir tvitlə hər kəsə müraciət edib - “Mənim üçün heyifsilənməyin. Mən axmaq tvitimə görə yüzlərlə insandan, mənə görə işlərini itirən gözəl ssenaristlər və istedadlı aktyorlardan üzr istəyirəm.”

Onun şərhləri qəzəbə səbəb olub və bu, ABC telekanalının prezidenti Çanninq Dungeyin şounu ləğv etməsi ilə nəticlənib.

Çanninq Dungey öz bəyanatında - "Rozanın tviti nifrət dolu və dəyərlərimizə ziddir. Ona görə də biz onun şousunun ləğv edilməsinə qərar vermişik"- deyə bildirib.