İran Əfqanıstana dair görüşdə iştirak edir

ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk

İran Romada Əfqanıstana dair konfransda iştirak edir. Bu gün Romada beynəlxalq təmas qrupunun konfransında NATO, Avropa Birliyi, BMT və regionda başlıca rol oynayan ölkələr təhlükəsizlik və sabitliyə görə məsuliyyətin Əfqanıstan hökumətinə ötürülməsi yollarını müzakirə edir. ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk deyib ki, İran Əfqanıstanda sülhün bərqərar olmasında başlıca rol oynayır. O bildirib ki, İran və Əfqanıstan narkotik mallar alveri və qeyri-qanuni mühacirət kimi məsələlərin həllində birgə maraqları bölüşür. Bir gün sürən danışıqlar NATO-nun Əfqanıstana dair Lissabon görüşündən öncə keçirilir.