Roma Papası Fransis cinsi təcavüz skandalı ilə Roma katolik kilsəsini sarsıdan Vaşinqton kardinalı Donald Vorlun istefasını qəbul edib.
Cinsi təcavüzdə ittiham edilən Donald Vorl bu ilin əvvəlində Vaşinqton mahalının arxiyepiskopu Teodor Makkarriki əvəz etmişdi.
Lakin Vorlun 1988-ci ildən 2006-cı ilədək Pensilvaniya ştatının Pitsburq şəhərində yepiskop olduğu müddət cinsi istismarla bağlı fəaliyyəti araşdırılıb.
Bu ilin avqust ayında Pensilvaniya ştatının münsiflər məhkəməsi son 70 ildə azı min uşağın 300-dən çox xristian ruhanisi tərəfindən cinsi zorakılığa məruz qaldığını və kilsə liderlərinin belə halları gizlətdiyini aşkar edib.
Vorl münsiflər məhkəməsinin onun zorakılıqda əli olan ruhaniləri müdafiə etdiyinə dair ittihamını rədd edib və deyib ki, o, zərərçəkənlər üçün narahatlıq hissi keçirib və gələcəkdə belə zorakılıq hallarının qarşısını almağa çalışıb.