Avropa İttifaqı ATƏT-in Azərbaycanda seçkiləri müşahidə missiyası ilə bağlı bəyanatla çıxış edib
Avropa İttifaqının Bakı ofisinin rəhbəri Roland Kobia Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında seçkilərə monitorinqi üçün müşahidə missiyasının göndərilməsi haqqında razılaşmanı alqışlayan Kobia onların işi üçün şərait yaradılmasının zərurətini qeyd edib.
Müşahidəçilərin müvafiq sayı, peşəkar və tarazlaşdırılmış tərkibi və əlverişli mühit, - onların DTİHB mandatı çərçivəsində missiyalarını həyata keçirməsi üçün zəruri şərtlərdir.
Milli və beynəlxalq müşahidəçilərlə yanaşı, DTİHB missiyası seçkilər prosesinə beynəlxalq legitimlik bəxş edəcək, deyə bəyanatda qeyd edilir.
“İnanıram ki, seçkilərə verilən son qiymət Azərbaycan hökumətinin seçkilər məsələsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi nöqteyi-nəzərdən əldə etdiyi irəliləyişi göstərəcək”, deyə səfir qeyd edib