Rok-n Roll pionerləri [Video]

Your browser doesn’t support HTML5

Rok-n Roll janrının inkişafına Litl Riçard, Sem Kuk, Fats Domino kimi bir çox məşhurlarla bir yerdə çalışan saksafonçu Qreydi Geyns töhfə verib. Rok-n Rollun erkən çağlarında Litl Riçard kral idi və dünya Qreydi Geynsə məxsus idi.

YouTube-da 1956-cı ildə çəkilən “Roka dəyməyin” filmini izləmək olar. Bu filmdə ağdərili gənc musiqisevərlərin irqlərarası səddin aradan qaldırılmasına yardım etdiklərini görmək olar. Lakin Geyns deyir ki, əksər musiqiçilər bunun əhəmiyyətini dərk etmir. “Biz bunun Rok-n Roll olduğunu bilmirdik. Biz yalnız ritm və bluzu bir araya gətirirdik.”

Geyns buna görə Litl Riçarda təşəkkür edilməli olduğunu deyir. "Onunla insanda ruh əmələ gələrdi. O, özünə cəlb etməyi bacarardı.”

Lakin Geyns Litl Riçardın sənətinin ən yüksək zirvəsində musiqini atdığını və keşiş olmağa qərar verdiyini deyir. Sonra Elvis Presli musiqi kralına çevrildi. Qreydi Geyns isə başqa stildə çalan Sem Kuka qoşuldu. “Sem Koki ilə birgə işləmək üçün onun janrında çalmalı idin və bu Sem Kuk stilli qrup olmalı idi.”

Bir çox ulduzla işlədikdən sonra Geyns Hyustona qayıdır və Rod Ayvansın yardımı ilə özünün “Mən orada idim” adlı kitabını yazır.

81 yaşlı Qreydi Geyns ifaçılığını davam etdirir. Bu canlı əfsanə özəl mərasimlərdə hələ də gənc yaxud yaşlı pərəstişkarları riqqətə gətirir.