Dünya boyu insanlar daha uzun ömür yaşayır və yaşlandıqca həyatlarının keyfiyyəti artır. Ümumdünya Səhiyyə Təşkilatı tək yaşayan insanların sayının getdikcə artdığını müşahidə edir. Bu isə tənhalığa, sosial təcridə və depressiyaya yol açır. Bu il Las Veqasda keçirilən İstehlakçı Elektronika Sərgisində bu problemə çarə olaraq robot yoldaş təqdim olunub.
ElliQ-nun nə əli, nə ayaqları nə də qolları var. Amma o danışır və insan dostunu fəal və məşğul tutumağa çalışır.
“Sən bütün günü oturmusan. Gündəlik məqsədinə çatmayacaqsan. Gedib bir az yürüş etməlisən.’
Bu robot istifadəçi ilə ünsiyyət qurmaq üçün baş hərəklətlərini yamsılayır. O zarafat belə edir.
Intuition Robotics-in həm-təsisçisi Dor Skaler ElliQ-nu proaktiv sosial yoldaş kimi təsvir edir. O zənglərə cavab verir, email-ları oxuyur və hətta mahnı belə çalır.
ElliQ robotu bir çox ölkədə artmaqda olan problemə həll yolu tapmağa yönəlib.
Bütün dünyada demoqrafik dəyişikliklər baş verir. Çində tək uşaq siyasəti nəticəsində yaşlı əhalinin sayı artıb. Avropada artıq bir neçə onillikdir mənfi doğum nisbəti müşahidə olunur. Bu isə qlobal problemdir.Dor Skaler
“Bütün dünyada demoqrafik dəyişikliklər baş verir. Çində tək uşaq siyasəti nəticəsində yaşlı əhalinin sayı artıb. Avropada artıq bir neçə onillikdir mənfi doğum nisbəti müşahidə olunur. Bu isə qlobal problemdir,” deyə Intuition Robotics-dən Dor Skaler bildirir.
ElliQ yaşlılar üçün hazırlanıb.
“Bu onları ayıq, ünsiyyətdə, fəal və məşğul tutmağa yardım edir. EllliQ yaşlı insan barədə, onun ehiyacları və ətraf mühit barədə məlumat əldə edərək, ünsiyyətə ilk özü başlayır,” Skaler söyləyir.
Skaler deyir ki, ElliQ-nun məqsədi insanları əvəzləmək deyil. Əksinə bu robot yaşlılarda motivasiya oyadır, sosial təcrid və depressiyanı aradan qaldırmaq üçün onlar ilə onların sevdikləri insanlarlar arasında əlaqə qurur. Şirkət hələ də ElliQ-nun qiymətini müəyyən etməyə çalışır və robotu bu ilin sonunadək bazara çıxarmağı planlaşdırır.