Kaliforniyada keçirilən Darpa Robot müsabiqəsində nümayiş etdirilən robotlardan insanlar üçün sadə bir işi görmək tələb olunur - avtomobil sürmək, pilləkənləri qalxmaq, çətin əraziləri keçmək kimi.
Bu kimi cihazları dizayn etməyin nə qədər çətin olduğu sərgidə nümayiş etdirilib.
Bir neçə gün sonra isə hər il Tokyoda keçirilən qida cihazı və texnologiya sərgisində aşpaz robotun ərzaq hazırlaması və digər cihazların yemək bişirməsi ziyarətçilərin diqqətin çəkib.
Yaskava Elektrik şirkətinin meneceri Akihiro Suzuki deyir ki, onların robotu Motoman SDA5 əla mətbəx köməkçisi ola bilər. O heç vaxt yorulmur.
Akihiro Suzuki: "Aydındır ki, yeməklərin dadını, duz-istiotu və ya qazın istiliyini yoxlamaq onun üçün çətindir. Ancaq əgər ona konkret resept versəniz, o sizə eyni yeməyi dəfələrlə bişirə bilər."
Ziyarətçilər buna heyran qalıblar.
Masayo: "Mən özümə bunun kimi həyat yoldaşı tapmaq istərəm."
Suzumo Cihazları hazırlanması mürəkkəb, diqqət istəyən Yaponya ləzzətini- suşi düzəldən robotu ziyarətçilərə təqdim edib.
Hiroshi Monden şirkətin menecerlərindən biridir.
Hiroshi Monden: "Suşi dünyada getdikcə yayılsa da suşi aşpazları o qədər çox deyil. Bu cihazın köməyi ilə hər kəs suşini asanlıqla və istədiyi miqdarda hazırlaya bilər."
Digər heyranedici yeni texnologiya isə Furukava Kikou şirkəti tərəfindən təqdim edilən yumşaq maddələri dağıtmadan daşıyan cihazdır.
Şirkətin meneceri Takuya Furukava deyir ki, SVİTL fastfud sanayesi üçün mükəmməl cihazdır.
Takuya Furukava: "Bu cihaz hamburqerin çörəyi kimi yumşaq maddələri götürmək və ya xəmiri buz dolabına, sobaya dağıtmadan qoymaq üçün dizayn edilib."
Şirkət bu cihazın hansı texnoloji ixtiraya əsasən düzəltikləri haqda heç bir şey demək istəməyib. Ekspertlər bu cihazın yəqin ki, su molekullarını itən xüsusi hidrofobik material ilə örtüldüyünü güman edirlər.
Alma soymaq və onları dilimləmək kimi funksiyalara malik digər robotları da yaxın günlərdə mətbəxlərimizdə görmək mümkün olacaq.