Dördayaqlı robot daha da təkmilləşdirilib [Video]

Your browser doesn’t support HTML5

Alimlər deyir ki, onların düzəltdikləri robot tezliklə çita kimi qaça biləcək.

Ancaq hələlik, gündəlik həyat üçün istifadə olunacaq fərqli texnologiyalar sınaq mərhələsindədir.

Hələ də həll olunmamış problemlərdən biri də bu robotların enerji tələbatıdır. Mürəkkəb robotlar hələ də nisbətən ağırdır və fəaliyyət göstərmələri üçün mühərrikləri daha çox enerji tələb edir.

Onlardan ən güclüləri ya elektrik şəbəkəsinə bağlıdırlar ya da yanacaqla işləyən generatorları var.

Ancaq MIT mühəndisləri qaçması üçün kifayət qədər yüngül 30 kiloqram ağırlığında batareya ilə işləyə bilən çitaya oxşar robot düzəldiblər.

Sanqbae Kim: "Bizim düzəltdiyimiz xüsusi mühərrik sayəsində bu robot 40 santimetr yüksəkliyə tullana bilir, rahat enir və sonra qaça bilir."

MIT Biometrik Robot Laboratoriyasının direktoru Sanaqbae Kim deyir ki, robotun işləməsi üçün sadəcə 700 vatt enerjiyə ehtiyacı var.

Onun bədən üzvləri 3D printer vasitəsi ilə kevlar adlanan möhkəm, yüngül plastikdən çap olunub, Bu plastik əsasən müasir hərbi kaskalarda və geyimlərdə istifadə olunur.

Sanqbae Kim: "Robotun gövdəsi həm yüngül, həm də möhkəm olmalıdır. Beləliklə biz gövdəni yüksək zərbə və qüvvələrə qarşı dizayn etmişik."

Əlbəttə, MIT robotunun da öz çatışmazlıqları var. Onun əzaları ağır zərbələrə dözümlü olmalıdır və təssüf ki, onlar bəzən qırılır.

Kim deyir ki, bu lahiyənin başqa bir fərqliliyi mühərrikinin xüsusi hazırlanmasıdır.

Sanqbae Kim: "Mühərriki həmçinin biz dizayn etmişik çünkü satışda olan heç bir mühərrik bu gücə tab gətirə bilmirdi."

Araşdırmaçılar deyir ki, robotda istifadə olunan yeni texnologiya süni bədən üzvlərinin düzəldilməsində və həmçinin çətin, yorucu işlər üçün müasir robotların inkişaf edilməsində istifadə oluna bilər.