ABŞ səfiri Azərbaycanın milli boks komandası ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan milli boks komandasının üzvləri ilə görüşüb.

ABŞ səfirliyinin Facebook səhifəsində paylaşdığı məlumata görə, səfir Sekuta Kolorado Sprinqsdə yerləşən ABŞ Olimpiya Komitəsinin tədris mərkəzinə yola düşmək üzrə olan Azərbaycan milli komandasına uğurlar arzulayıb.

Qeyd edək ki, ABŞ Olimpiya Komitəsinin tədris mərkəzi Olimpiya Komitəsi və Olimpiya Tədris Mərkəzi proqramları arasında flaqman funksiyası daşıyaraq aparıcı rol oynayır.