ABŞ səfiri Azərbaycanın birinci xanımı ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri Robert Sekuta ilə görüşüb

Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ABŞ səfiri Robert Sekuta ilə görüşüb.

AZƏRTAC agentliyinin məlumatına görə, görüş Heydər Əliyev Fondunda olub.

Mehriban Əliyeva ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən danışıb. Azərbaycanın birinci xanımı ölkəsi müstəqilliyini bərpa edəndən sonra ABŞ ilə bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti iki ölkə arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.

Görüşdə Azərbaycanda regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.

Amerika Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm Avropa üçün əhəmiyyəti vurğulanıb.