ABŞ səfiri BAXCP sədri ilə görüşüb

Pobert Sekuta və Qüdrət Həsənquliyev

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sentyabrın 5-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) fəaliyyəti haqqında öyrənmək məqsədilə partiyanın sədri Qüdrət Həsənquliyevlə görüşüb. Bu barədə Amerika səfirliyinin Twitter səhifəsində məlumat verilir.

Xəbərdə deyilir ki, ABŞ səfiri Azərbaycanda mövcud siyasi mühiti anlamaq üçün müxtəlif fikirləri dinləməyin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, BAXCP-nin məlumatında deyilir ki, görüşdə Azərbaycan ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsi, ictimai-siyasi vəziyyət və seçki öncəsi durum barədə müzakirə aparılıb.