ABŞ səfiri Atletlər Kəndində olub [Fotoqalereya]

ABŞ səfiri Robert Sekuta Atletlər Kəndində

Robert Sekuta Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və idmançılarla görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyunun 24-də Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

ABŞ səfirliyinin facebook səhifəsində yayılmış məlunata görə, səfir Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanlarin bir araya gətirilməsində oynadığı rolu barədə danışıb.

Səfir qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin
bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir.

“Biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik”, Sekuta qeyd edib.

O, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edibvəgələcək yarışlarda uğurlar arzulayıb.

ABŞ səfiri Atletlər Kəndində olub