Prezident Donald Trump deyib ki, o, xüsusi prokuror Robert Müllerə verəcəyi hər hansı bir ifadənin onun yalan şahidlikdə ittiham edilməsi məqsədi ilə istifadə ediləcəyindən ehtiyat edir.
Müller Trampın 2016-cı il prezident seçkiləri kampaniyası ilə Rusiyanın prezident seçkilərinə müdaxiləsi arasında əlaqənin olub-olmadığını araşdırır.
O həmçinin Trampın təhqiqata mane olmaq məqsədilə yalan ifadə verib-vermədiyini araşdırır.
Reuters xəbər agentliyinə müsahibəsində Tramp Müllerin suallarını cavablandırmağa razılaşıb-razılaşmayacağı barədə danışmaqdan imtina edib.
O həmçinin deyib ki, onun məsələyə müdaxilə etməyə və özünün xüsusi təhqiqat aparmağa səlahiyyəti var. Amma o bununla məşğul olmamağa qrərar verib.
Bazar ertəsi səhər Tramp Müllerin təhqiqatını “ölkə üçün rüsvayçılıq” adlandırıb və Twitterdə Müllerin “problem axtaran biri” olduğunu bildirib.